Gözün şəffaf təbəqəsi korneanın, nazikləşmə və itiləşməsi ilə özünü göstərən keratokonus xəstəliyini, gözləri qaşımaq, ovuşdurmaq və sərt təzyiq etmək yaradır. Xəstəliyin erkən yaranmağına və irəliləməyinə səbəb olan belə davranışlardan çəkinmək, gələcəkdə kornea köçürülməsinə qədər irəliləyən ciddi görmə problemlərininin qarşısının alınmağına kifayət edir.
Xəstəliyə, Türkiyə kimi isti və tozlu ölkələrdə tez-tez rast gəlinir.
Keratokonus, gözün şəffaf təbəqəsi korneanın, irəliləyən miopiya və astiqmat ilə birlikdə nazikləşmə və itiləşməsi ilə özünü göstərən xəstəlik olaraq bilinir. Ümumillikdə, yetkinlik dövründə başlayan xəstəlikdən xəstə ancaq 20 yaşlarında məlumatlı olur. 20–40 yaş arasında daha da irəliləyir, 40 yaşdan sonra statik dövr keçirən keratokonus, müalicə edilmədikdə, kornea köçürülməsi kimi ciddi görmə problemlərinə səbəb olur. Dünyagöz Etilerdən göz xəstəlikləri mütəxəssisi Op. Dr. Efekan Coşkunseven, korneanın önə doğru qabarması və itiləşməsi ilə xarakterizə olunan “keratokonus” haqqında aşağıdakı məlumatları bildirdi:
“Korneadakı forma pozuntusu olaraq da bilinən keratokonusun bir çox səbəbi məlum olmaqla yanaşı, gözün tez-tez ovalandığı allergik göz narahatlıqları da xəstəliyə zəmin hazırlaya bilər. Uşaqlıq dövrü allergik konyuktivitin tez-tez müşahidə olunduğu isti və tozlu Türkiyə kimi ölkələrdə bu xəstəliyə təəssüf ki daha çox rast gəlinir. Genetik meyillilik də rol oynayır. Ailədə bir keratokonus xəstəsi varsa, xüsusilə diqqət edilməlidir, çünki keratokonusda genetik faktor mühüm rol oynayır. Göz qaşınması, sərt kontakt linza istifadəsi kimi ekoloji faktorlar da genetik olaraq uyğun şəxslərdə bu xəstəliyin irəliləməyinə səbəb ola bilər. Bəzən də heç bir şikayəti olmayan, sadəcə miopiya və astiqmat qüsurunu lazer vasitəsilə müalicə etdirmək istəyən xəstələrə tətbiq olunan özəl tədqiqlər nəticəsində diaqnoz qoyula bilər. Keratokonusdan qorunmaq üçün gözünüzü ovalamayın, qaşımayın və mütləq hər il ümumi göz müayinəsindən keçin.”
Aralıq dənizi ölkələrində yayılıb
Xəstəliyin 2 min şəxsdən birində aşkar edildiyini qeyd edən Dr. Efekan Coşkunseven, Türkiyə kimi isti və allergiyanın yayıldığı ölkələrdə bu nisbətin daha yüksək olduğunu bildirərək, keratokonusun müəyyən xüsusiyyətlərini belə sadaladı:
“Keratokonus xüsusilə Aralıq dənizinin sahilindəki bölgələrdə daha çox yayılıb. Başlanğıc mərhələsində keratokonusun görməyə mənfi təsiri yoxdur. Keratokonuslu xəstələrdə əvvəlcə kontrast həssaslığı pozulur. Hər rəngi eyni canlılıqda görmək kimi şikayətlər yaranır. Xüsusilə də gecə görmədə problemlər yarana bilər. Keratokonus irəliləməyə başladıqca bir çox xəstə avtomobildən istifadə edərkən uzaqdakı cismləri dəqiq seçmədiyini, televiziya izləyərkən alt yazıları görməməyə başladıqlarının fərqinə varır. Bəzən xəstələr göz qapaqlarının üzərinə toxunub təzyiq etdiklərində və ya göz qapaqlarını yana doğru çəkdiklərində görmələrinin düzəldiyini, daha dəqiq görə bildiklərini qeyd edirlər. Əslində, bu irəliləyən keratokonus hadisələrinin çoxunda müşahidə olunur. Ancaq, bu keçici düzəlmədir. Belə formada görməyi davam etdirmək mümkün deyil.
Keratokonusun irəliləməsindən asılı olaraq xəstələrin görmə bacarıqları iləri dərəcədə itir. Görmənin 95%-nin itirilməsi mənasını daşıyır. Xəstələr üçün bir iki metr uzağı görmək getdikcə imkansızlaşır. Bu bir çox şəxsin qavradığı mənada korluq olmasa da, görmənin irəli dərəcədə aşağı düşdüyü səviyyədir. Risk qrupundakı şəxslər nəzarət prosesi ərzində gözlərini heç vaxt qaşımamalıdır. Xəstəliyin genetik əsaslarında kornea ilə əlaqədar olaraq müvafiq struktur dəyişiklikliyi yaratdığına görə gözləri qaşımaq, ovuşdurmaq, sərt təzyiq etmək xəstəliyin irəliləməsinə, erkən yaranmasına səbəb ola bilər. Buna görə də bu risk qrupundakı şəxslərə və xəstələrə gözlərini ovuşdurmamaları, qaşımamaları tövsiyə olunur” dedi.
Keratokonusun aradan qaldırılması mümkündür
Bugün keratokonusun irəliləməsini aradan qaldırmaq üçün CCL (Corneal Cross Linking) digər adı ilə çarpaz keçid metodunun istifadə edildiyini qeyd edən Op. Dr. Efekan Coşkunseven, müalicə detalları haqqında bunları dedi:
“Bu metodu xəstəyə tətbiq edə bilmək üçün kornea qalınlığı 400 mikrodan aşağı olmamalıdır. Beləliklə, xəstənin bu metod üçün uyğun olub olmadığını kornea qalınlığı və topoqrafik tədqiqlərdən sonra qərar verə bilərik. Kritik nöqtə xəstəliyin erkən diaqnozu və daha sonra müalicə olunması. Keratokonusda erkən diaqnoz kornea köçürülməsinə qədər irəliləyən xəstəliyin qarşısının alınması və nəzarətdə saxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Dünyagöz, CCL metodunu 2006-cı ildən bugünə qədər Türkiyədə ilk dəfə tətbiq edən və indiyənə qədər 1500-dən çox xəstə təcrübəsi olan bir mərkəzdir.
Görməyi artıracaq metodlar
Keratakonuslu bir xəstənin görməyini artırmaq üçün kontakt linza, halqa metodu, topoqrafik lazer müalicəsi və göz daxili kontakt linza olmaqla, 4 müxtəlif metodun kəşf edildiyini qeyd edən Coşkunseven, bu metodlar haqqında belə dedi:
Kontakt linza: Hal-hazırda dünyada istifadə olunan geniş yayılmış metoddur. Ancaq, sərt strukturlu olmağı istifadəsinə çətinlik yaradır. Bunun əvəzinə bir çox xəstə tərəfindən üstünlük verilən Clearkone adlandırdığımız linzalar yumşaq (hybrid) və mərkəz korneanı qoruyucu özəl strukturu ilə keratokonus xəstələrimizdə müvəffəqiyyətlə tətbiq etdiyimiz bir müalicə metodudur.
Halqa metodu: Kontakt linzadan istifadə edə bilməyən xəstələrdə müraciət etdiyimiz bir metoddur. Dünyagöz xəstəxanasında bugün IntralaseFemtosecond Lazer metodu ilə kanal yaradaraq (8 saniyə) təqribən 1-2 dəqiqədə bu əməliyyatı həyata keçirmək mümkündür. 5000-dən çox halqa təcrübəmiz var və bu məsələdə həkimlərə təlim veririk.
Topoqrafik lazer müalicəsi: Türkiyədə yenə ilk Dünyagöz tərəfindən həyata keçirilmişdir. Müalicədə lazer, keratokonuslu toxumadakı xəritə analiz edilərək proqramlaşdırılır.
Göz daxili kontakt linza: Bu müalicə ilə -18 nömrə sferik və -6-ya qədər astiqmat müalicəsi həyata keçirilə bilər. Keratokonusda ən uyğun müalicə qərarının xəstənin ətraflı müayinəsindən sonra verilə biləcəyini qeyd edən Coşkunseven, CCL müalicəsi ilə keratokonus xəstəliyinin qarşısının alına biləcəyini; kontakt linza, halqa, topoqrafik lazer, göz daxili kontakt linza müalicələrinin isə görməyimizi artırdığını buna görə də müalicədə kontakt linza və CCL və ya halqa və CCL metodlarının birgə istifadə edilməli olduğunu vurğuladı.
2024-02-14
2024-02-14
2024-05-02
2024-05-08
2024-05-14
2025-05-16
2024-08-28