Bədənimizin dünyaya açılan pəncərəsi gözlərimiz… Yaxşı, gözlərimizin sağlamlığına və qulluğuna kifayət qədər əhəmiyyət veririkmi? Yetərli göz qulluğunun gözləri sağlam və parlaq etdiyini qeyd edən Dünyagöz Etilerdən Op. Dr. Alp Kayıran göz sağlamlığı və qulluğu ilə bağlı mühüm məlumatları paylaşıb.
Gözlər, həm qəlbin həm də bədənin güzgüsüdür. Üzdə ilk nəzərə çarpan ən mühüm detal gözlərdir. Gözlər hislərimizi və əhval-ruhiyyəmizi bildirir. Yetərli göz qulluğu da, gözlərimizin əminliklə parlamağını təmin edir. Göz sağlamlığı və göz qulluğunda diqqət edilməli olan ən incə nöqtələr olduğunu bildirən Op. Dr. Alp Kayıran, müntəzəm surətdə yol verilən səhvlərdən bəhs edir.
Kontakt linzalar, gözümüzdə görmə pozuntularının düzəldilməsində, kornea xəstəliklərinin müalicəsində və ya kosmetik məqsədlə göz rənginin dəyişdirilməsi üçün də istifadə olunur. Asan istifadə imkanı və çeşidliliyi, kontakt linzanın getdikcə daha da populyar olmağını təmin edir. Kontakt linzaların təmizlik və qulluğuna diqqət göstərilməli, istifadə müddətlərinə riayət edilməli və axşam yatarkən linzalar gözdən çıxarılmalıdır.
Gözlərimizi artıq ovuşdurmaq və qaşımaq şəklindəki mexaniki travma genetik meyilliliyi olan şəxslərdə keratokonus xəstəliyinin yaranmağına gətirib çıxara bilər. Allergiya səbəbilə qaşıntısı olan şəxslər müvafiq şəkildə müalicə edilməlidirlər.
Gündəlik həyatımızda, gərgin iş həyatı olan şəxslər kompüter arxasında gündə təqribən 7-8 saat vaxt keçirir. Müntəzəm surətdə kompüterə və ekrana baxmaq gözlərdə neqativ təsirlərə səbəb ola bilər. Gün içində iş yerində davamlı olaraq istifadə etdiyimiz kompüterlər, diqqət edilmədikdə göz sağlamlığına zərər verə bilər. Op. Dr. Alp Kayıran kompüter arxasında göz sağlamlığına təhlükə yarada biləcək bir çox faktorun bir yerə toplandığını və bu faktorların qalıcı narahatlıqlara səbəb ola biləcəyini qeyd edir: “Kompüter arxasında gözlərinizi daha çox qırpın. Monitorunu qarşınıza almaq yerinə, monitora üstdən baxa biləcək şəkildə oturun. Çalışdığınız mühiti yaxşıca havalandırın və mütləq müəyyən intervallarla ekrandan uzaqlaşaraq gözlərinizi dincəldin.”
Bir çox insan günəş şüalarının dəriyə zərər verdiyini bilsə də, gözlər üçün zərərli olduğuna diqqət etmir. Hava qapalı olsa da gözü kifayət qədər qoruyacaq böyüklükdə günəş eynəyindən istifadə edilməlidir. Küçəyə çıxdıqda gözlərimizi günəşin altında gözlerimizi qısmaq, gözümüzü qaçırmaq bir çox problem yarada bilər. Yay aylarının gəlməsi ilə günəş eynəklərinə ehtiyacımızın artdığını qeyd edən Op. Dr. Alp Kayıran ölkəmiz kimi günəşin bol olduğu yerlərdə uyğun filterlərə sahib günəş eynəyinin istifadəsinin mühüm olduğunu bildirir.
2024-02-14
2024-02-14
2024-05-02
2024-05-08
2024-05-14
2025-05-16
2024-08-28