AZ EN RU
AZ EN RU

Dr. Günel Xalıqverdiyeva 44-cü ESCRS Konqresində - Londondan Beynəlxalq Təcrübə ilə!

Dr. Günel Xalıqverdiyeva Londonda keçirilən 44-cü ESCRS Konqresində iştirak edərək oftalmologiya sahəsində ən son elmi yeniliklər və müasir göz cərrahiyyəsi texnologiyaları ilə tanış olub.

Dr. Günel Xalıqverdiyeva 2026-cı ildə Londonda keçirilən 44-cü ESCRS (European Society of Cataract and Refractive Surgeons) Konqresində iştirak edib.

Beynəlxalq oftalmologiya tədbirində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə görüşən həkim katarakt və refraktiv cərrahiyyə sahəsindəki ən son elmi yeniliklər, müasir cərrahi üsullar və innovativ texnologiyalarla yaxından tanış olub.

Konqresdə əldə edilən bilik və beynəlxalq təcrübə oftalmologiya sahəsində peşəkar inkişafın və müasir tibbi yanaşmaların tətbiqinin vacib hissəsidir.

Dr. Günel Xalıqverdiyeva beynəlxalq təcrübəsini pasiyentlərinin göz sağlamlığının qorunması və müasir müalicə imkanlarının tətbiqi istiqamətində inkişaf etdirməyə davam edir.

Paylaş

Bütün İştirak etdiyi konfranslar