4-5 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən IV Beynəlxalq Oftalmoloji Konqresdə iştirak etdim. Bu nüfuzlu tədbirə ABŞ, İsveçrə, Böyük Britaniya, Rusiya, Hindistan və digər ölkələrin aparıcı oftalmoloqları qatılıb. Konqresdə qlaukoma, vitreoretinal interfeys, katarakta, müxtəlif göz patologiyalarının lazer üsulları ilə müalicəsi, plastik cərrahiyyə və digər aktual oftalmoloji mövzuları əhatə edən 140-a yaxın hesabat təqdim edilib və müzakirə olunub.
Beynəlxalq konfransa məruzəçi kimi dəvət alaraq, “Çəpgözlükdə Botox-un tətbiqi və Tsiklik Ezotropiyaların Botoxla aradan qaldırılması” mövzusunda çıxış etdim. Çəpgözlükdən əziyyət çəkən insanların əməliyyatsız müalicəsi ilə bağlı öz metodlarımı təqdim edərək, pasiyentlərin əməliyyata ehtiyac olmadan bu problemdən qurtula bilmələrinin yollarını izah etdim.Təqdim etdiyim yenilikçi metod, çəpgözlük problemi olan insanlara daha rahat və təhlükəsiz bir həll təklif edir.
Qeyd edək ki, bu beynəlxalq tədbir aktual fikir və təcrübə mübadiləsi baxımından məhsuldar keçib və müzakirə olunan göz cərrahiyyəsi sahəsindəki yeniliklər pasiyentlərimizin daha yüksək səviyyəli xidmət alması üçün tətbiq olunacaq. Dr. Günel Xalıqverdiyeva və onun professional komandası olaraq hər zaman göz sağlamlığınızın keşiyində dayanırıq.
2012-08-19
2011-08-19
2011-08-19
2011-08-19