Eksimer Lazer müxtəlif görmə qüsurları (miopiya, hipermetropiya, astiqmatizm) olan pasiyentlərin eynək və linza taxmadan problemsiz aydın görə bilmələri üçün tətbiq edilən əməliyyatdır.
Eksimer Lazer əməliyyatı olmaq istəyən pasiyentlər əvvəlcə həkim tərəfindən ətraflı göz müayinəsindən keçirlər. Bu prosedura uyğun bir göz quruluşunun olub olmadığı qiymətləndirilir. Müayinədən sonra şəxsin göz qüsurunun və görmə kəskinliyinin səviyyəsi müəyyən edilir və hər hansı digər göz patologiyası yoxlanılır.
PRK
Lasik
Femtolasik
No-Touch
Smile
Dünyada ilk eksimer lazer əməliyyatı sayılır. Bu PRK lazer proseduru saniyələr ərzində tamamlanır. Əməliyyat başa çatmazdan əvvəl pasiyentin gözünə kontakt linza qoyulur. 4-5-ci günlərdə pasiyent müayinəyə çağırılır və gözdən qoruyucu kontakt linza çıxarılır. Görmə səviyyəsi günlər ərzində yüksəlir və bir neçə həftə sonra əməliyyatdan əvvəl eynək ilə görmə səviyyəsinə çatır.
LASIK uzun illərdir istifadə edilən və çox məşhur olan lazer görmə korreksiyası prosedurudur. Əməliyyat ən son texnoloji lazer cihazları ilə həyata keçirilir. Bu prosedurda buynuz qişanın üst təbəqəsi olan epitel mikrokeratom deyilən alətlə çıxarılır və daha sonra lazer buynuz qişanın alt təbəqəsindəki toxumaya forma verir. Bu forma göz qüsurunu düzəltmək üçün proqramlaşdırılmışdır. Prosedurdan sonra epiteliya təbəqəsi təbii şəkildə sağalır və adətən sürətli bir sağalma prosesi olur. Bundan əlavə hipermetropiya və yüksək astiqmatizmi olan insanların buynuz qişasının quruluşu uyğun olduğu halda LASIK metodunu seçmək daha yaxşı ola bilər.
Femtolasik (FemtoSecond Laser-Assisted In Situ Keratomileusis), göz qüsurlarının (miopiya, hipermetropiya və astiqmatizm) düzəldilməsi üçün istifadə edilən müasir lazer cərrahiyyəsi metodudur. Bu üsulda femtosaniyə lazeri ilə gözün kənarında incə bir qapaq yaradılır və eksimer lazeri ilə buynuz qişa yenidən şəkilləndirilir. Femtolasik əməliyyatı ənənəvi mikrokeratom bıçağından daha dəqiq və təhlükəsizdir. Bu metod daha sürətli sağalma və minimal diskomfort təmin edir.
Yaxın və ya uzağı görmə problemi olan şəxslərlə yanaşı katarakta əməliyyatı keçirən və ya göz qişasının qopma riski olan şəxslərə No-Touch lazer tətbiq edilir. No-Touch lazer üsulu son illərdə ortaya çıxan və göz nömrələrinin xüsusi proqramla, gözə dəymədən müalicə etməyə imkan verən bir üsuldur.
LASIK və FemtoLASIK-dən fərqli olaraq, SMILE əməliyyatında buynuz qişanın daxili hissəsində lazer kəsimi istifadə edilir. SMILE proseduru LASIK və FemtoLASIK ilə müqayisədə daha az invazivdir və bərpa prosesi ümumiyyətlə daha sürətli olur.