AZ EN RU
AZ EN RU

Refraktiv cərrahiyyə (İCL, Edof, Trifokal linzaların implantasiyası)

alt

Miopiya, hipermetropiya və astiqmatizm kimi qüsurların müalicəsi üçün ətraflı müayinə aparılır.

Birincisi, geniş yayılmış fikrə zidd olaraq, gözlərin lazer terapiyası yeni deyil, 1980-ci ildən uğurla həyata keçirilir.

Lazer göz cərrahiyyəsi üçün 13 növ texnika və son texnologiyalar istifadə olunur

Gözlərin lazer müayinəsi çox kompleksli və detallıdır.

Gözlərin lazer müayinəsi təxminən bir saat yarım çəkəcək.

Tətbiq etdiyimiz fərdi üsullar sayəsində, xəstəmiz lazer göz əməliyyatından sonra uzunmüddətli perspektivdə ən  keyfiyyətli görmə əldə edir.

Gözün Lazer Cərrahiyyəsi Hansı Qöz Quruluşu Üçün İstifadə Edilə Bilər?

Aşağıdakı meyarlara uyğun olan şəxslər detallı müayinədən sonra lazerlə müalicə oluna bilərlər

  • 18 yaşdan yuxarı şəxslər,
  • Buynuz qişa qalınlığı uyğun olan insanlar,
  • Miopiyası -10 dioptriya qədər olan şəxslər,
  • 6 diyoptriya gədər astigmatızmı olan şəxslər,
  • + 4 dioptriya qədər hipermetropiyası olan insanlar,
  • Diabet, revmatizm kimi sistem xəstəlikləri olmayan şəxslər.
  • Hər hansı digər göz xəstəliyi (buynuz qişa itiləşməsi, gözdaxili təzyiq və s.) olmayanlar
  • Hamiləlik  və ya laktasiya dövründə olmayanlar

Gözün Lazer Cərrahiyyəsi zamanı nəzərə alınanlar:

  • Şəxsin gözlərinin quruluşu üçün ən uyğun olan lazer müalicəsinin tətbiqi.
  • Cihazların müxtəlifliyi; texnoloji avadanlıqların adekvatlığı.
  • Lazer göz cərrahiyyəsi sahəsində oftalmoloqun təcrübəsi və bilikləri.
  • Həkimin təcrübəsi, uğurlu əməliyyatların sayı.
  • Lazer göz müayinəsinin və müalicəsinin  tam olması.
  • Lazer terapiyası üçün özəl olaraq həyata keçirilən müayyiunələrin və nəticələrinin ətraflı araşdırılması və öyrənilməsi.
  • Göz əməliyyatı zamanı hər bir xəstə üçün istifadə edilən fərdi materialların sterilliyi.
  • Hər bir xəstə üçün xüsusi açılan materialların steril istifadəsi.

Paylaş