Keratokonus müalicəsi
Keratokonus; gözümüzün önündəki şəffaf təbəqənin, yəni kornea təbəqəsinin, zaman keçdikcə qabarıqlaşması və kəskinləşməsi ilə meydana gələn bir xəstəlikdir. Əvvəlcə bir gözlə başlayır, sonra digər gözdə əmələ gəlir.
Günümüzün texnoloji imkanları sayəsində xəstələr şikayətlərini araşdıraraq, hansı xəstəlikləri olduğunu daha erkən təyin edə bilirlər. Bu xəstəlik səbəbiylə pozulmalar; görmə pozğunluğu, görmə keyfiyyətində azalma və dərin görmə itkisi baş verə bilər.
Bu simptomlar fərdə görə dəyişə bilir, lakin anadangəlmə xəstəlik deyil. İlk zamanlarda, simptomsuz, hər hansı bir görmə pozğunluğu yaratmayan, həkimə ehtiyac yaratmayan keratokonus tiplərinə rastlamaq mümkündür. Lakin rutin göz müayinəsində tez-tez eynək nömrəsi irəliləyən, nömrəsində davamlı dəyişiklik olan və buna baxmayaraq, yaxşı görən uşaqlar və ya gənclər nəzarətdə saxlanılır.
Bu yaş qrupunda, göz nömrəsinin dəyişməsi gözlənilən bir şey ikən bu narahatlıqda miopiya və astiqmatizm nömrələri daha sürətli irəliləyir və irəliləməklə birlikdə bu uşaqlar eynəklərindən istədikləri effekti ala bilmirlər. Bu xəstələrə, xüsusi diqqət yetirilməlidir. Bundan əlavə, erkən dövrdə ifadə edilən şikayətlər arasında parıltı, görmə pozğunluğu (əyri ölçüdə bir cisim görmək), görüntünün çoxalması (bir cismi bir neçə dəfə yan-yana görmək) və gecə görmə qabiliyyətinin pozulması var. Xüsusilə uşaqlıqdan bəri allergiyası olan, bu səbəbdən gözlərini mütəmadi olaraq ovuşduran və gözdə travmaya səbəb olan xəstələrdə görülür.
Allergiya səbəbindən gözü sərt ovuşdurmaq, gözün sulanması, qaşınması və çirklənməsi ilə başlayır ve bu da zamanla keratokonusa yol aça bilər.
İstiliyin və allergiyanın çox olduğu bölgələrdə daha çox müşahidə olunur. Xüsusilə 15 - 16 yaşlarında, yəni yeniyetməlik dövründə və daha erkən yaşlarda görülə bilər. Hər il göz müayinəsi etdirmək və simptomlara diqqət yetirmək vacibdir. Bu göz problemi 35 – 40 yaşlarına qədər irəliləyə bilər. 40-lı yaşlardan sonra çox az hallarda rast gəlinir. Amma kiçik yaşlarda daha çox rastlanır. Eyni zamanda, genetik bir xəstəlik olduğu üçün ailəsində bu xəstəliyə sahib olan insanlar, hər il mütləq göz nəzarətindən keçməlidirlər.
Xəstəliyin diaqnozu, rutin göz müayinələrində göz nömrəsi mütəmadi olaraq artan xəstələrdə, şübhələnilən və ya ailəsində bu problemdən əziyyət çəkən xəstələrə edilən bəzi müayinələr ilə təyin olunur. Xüsusilə göz topoqrafiyası dediyimiz ətraflı müayinə nəticəsində bir neçə dəqiqə ərzində nəticə almaq mümkündür.
Artıq keratokonusu irəliləməyən xəstələrdə (35-40 yaş arası) eynək və kontakt linzalarla görmə keyfiyyətini artırmağı tövsiyə edə bilərik. Xüsusilə keratokonus üçün istifadə olunan linzalar əvvəllər yalnız sərt linzalar idisə, indi yarı sərt, yumşaq mərkəzli və sərt linzalar kimi təsnif edilir. Kontakt linzalardan istifadə edəcək xəstələrin bir az səbrli olmaqlarına ehtiyac vardır, çünki uyğun linzaların tapılması, vaxt tələb edən prosesdir. Linzaları taxıb-çıxarmaq və bəzi məşqlər, 2 saat, bəzən 6-7 saat çəkə bilər. Xəstə yenə də kontakt linzalar və eynək taxmaqda çətinlik çəkirsə, halqa müalicə metodu, seçilmiş xəstələr üçün tövsiyə olunur.
Bu vəziyyətdə müalicələr də fərdiləşdirilir, yəni hər xəstəyə fərqli bir prosedur tətbiq edilə bilər. Günümüzdə cərrahi müalicələrdə ən çox görülən tətbiq isə çarpaz bağlama və ya radioterapiya olaraq bilinən Cross-linking dediyimiz müalicədir. Bu müalicə üsulu, xəstəliyin inkişafını dayandıran bir prosesdir.
Cross-linking prosedurunda damcı anesteziyasından istifadə olunur. Əvvəlcə, buynuz qişanın qarşısındakı çox nazik bir təbəqə olan epiteliya toxuması çıxarılır. Bundan sonra Riboflavin vitaminini 3 dəqiqəlik fasilələrlə yarım saat damlatmaq və son mərhələdə 30 dəqiqə ultrabənövşəyi şüa (UVA) tətbiq etmək lazımdır. Prosedurdan sonra xəstənin gözünün sarğıya ehtiyacı yoxdur. Birinci və üçüncü günlərdə müayinədən sonra qoruma məqsədi ilə taxılan kontakt linzalar çıxarılır. Əməliyyatdan sonra xəstələr bir müddət bulanıq görə bilərlər, ancaq bu müvəqqətidir. Prosedurdan sonra xəstənin mütəmadi olaraq göz damlaları istifadə etməsi də çox vacibdir. Bu əməliyyatın əsas məqsədi xəstəliyi dayandırmaqdır. Bu prosedurdan sonra xəstəyə keratokonusa xas eynək və ya kontakt linzalar tövsiyə olunur. Xəstə görmə keyfiyyətindən hələ də razı deyilsə, digər müalicə üsulları tövsiyə olunur.
İkinci müalicə üsulu isə halqa müalicəsi metodudur. Başqa sözlə, “kornea ring” müalicəsi. Bu metodun məqsədi xəstənin görmə keyfiyyətini artırmaqdır. Kontakt linzalar üçün uyğun olmayan xəstələrdə üstünlük verilən bir üsuldur. Bu üsulda daha əvvəl bıçaqdan istifadə edilirdi. Ancaq hazırda, Femtosaniyəli lazer təxminən 10 saniyədə bir kanal yaradır və halqanın yerləşdirilməsi 1-2 saniyə çəkir. Bu əməliyyatda damcı anesteziyası istifadə olunur və bu müddət ümumilikdə 3-4 dəqiqə çəkir. Xəstə o gün gündəlik həyatına davam edə bilər, göz sarğısına ehtiyac yoxdur. İntra lazer demək olar ki, mükəmməl olduğundan heç bir tikiş yoxdur, buna görə ağrı minimaldır.
Məhdud və seçilmiş xəstələrdə, fərqli cərrahi əməliyyatlar və göz içi linza tətbiqləri edilə bilər.
Cərrahi bir müdaxilə olduğu üçün xəstələrdən dərmanlarını mütəmadi olaraq istifadə etmələri gözlənilir. Xəstə, ovuşduraraq gözünü qətiyyən qaşımamalıdır. Gözlər əməliyyat edildiyi üçün günəşə həssaslıq yarana biləcəyindən, gün ışığında günəş eynəyindən istifadə etmək mütləqdir. Mikroblu şəraitdən uzaq durulmalıdır.
Bütün xəstəliklərdə olduğu kimi bu xəstəlikdə də erkən diaqnoz çox vacibdir. Bəzən narahatlıq o qədər inkişaf etmişdir ki, kornea son dərəcə kəskin, əyri və qeyri-şəffaf hala gəlir. Təəssüf ki, xəstə yalnız kornea nəqli ilə xilas ola bilər. Lakin, bugün erkən diaqnoz və müalicə asanlıqla həyata keçirilə bildiyindən, xəstəliyin inkişafı Cross-linking ilə dayandırıla bilər. Cross-linking vasitəsilə xəstəlik irəliləmədən xəstə kornea nəqlinə qədər müalicə olunur.