Fakik linzalar, gözün doğal linzasını əvəz etmədən, gözün içində yerləşdirilən xüsusi optik linzalardır. Bu linzalar, refraktiv anomaliyaların (miopiya, hipermetropiya, astiqmatizm) düzəldilməsində istifadə edilir. Fakik linzalar, ənənəvi gözlük və kontakt linzalara alternativ olaraq düşünülür və müasir oftalmologiyada geniş işlənməkdədir. Bu yazıda fakik linzaların növləri, üstünlükləri, çatışmazlıqları və istifadə sahələri barədə ətraflı məlumat verəcəyik.
Fakik linzalar göz daxili (intraokulyar) linzaların bir növüdür.
Dizayn: Bu linzalar, gözün içində yerləşir və katarakta əməliyyatında istifadə olunan linzalara bənzəyir. Gözdə qüzehli qişa ilə (göz bəbəyi) billurun arasına yerləşdirilir.
Material: İntraokulyar linzalar genellikle silikondan və ya akrilat materiallardan hazırlanır. Onların hazırlanmasında yüksək keyfiyyətli optik materiallar istifadə edilir, bu da görmə keyfiyyətini artırır.
İstifadə: Yaşı 18-dən yuxarı olan və gözü eksimer lazer (eynəkdən qurtulma) əməliyyatlarına uyğun olmayan şəxslərə tətbiq olunur. Göz parametrlərinin bu əməliyyat növünə uyğun olub-olmaması müayinə zamanı doktor tərəfindən dəyərləndirilir.
Eynəksiz keyfiyyətli və yüksək görmə faizləri:
Fakik linzalar, gözün doğal linzasının sağlamlığını qoruyur və görmə keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Bu, xəstələrə eynək və ya kontakt linzalara ehtiyac duymadan rahat bir həyat sürməyə imkan tanıyır.
Yüksək dərəcəli miopiya, hipermetropiya və astiqmatizm aradan qaldırılır:
Fakik linzalar, fərqli refraktiv anomaliyalar üçün uyğunlaşdırıla bilər. Həkimlər xəstənin göz strukturu və görmə ehtiyaclarına görə ən uyğun linzanı seçir. Xüsusilə, ağır miopiya və ya hipermetropiya hallarında faydalıdır.
Reversibilite:
Fakik linzalar, digər refraktiv əməliyyatlardan fərqli olaraq, geri çevrilə bilən bir prosedurdur. Bu əməliyyat göz bulluru qorunmaqla icra olunur. Hər hansı bir səbəbdən linzanın çıxarılması lazım olarsa, bu mümkündür. Bu, xəstələrə daha çox rahatlıq və təhlükəsizlik hissi verir.
Aşağı risk:
Fakik linzalar, lazer əməliyyatları ilə müqayisədə daha az risk daşıyır, çünki gözün doğal strukturu zədələnmir. Bu, əməliyyat sonrası komplikasiyaların azalmasına kömək edir.
Görmə keyfiyyətinin yaxşılaşması:
Xəstələr fakik linza ilə daha geniş görmə açısı və daha parlaq görüntü əldə edirlər. Görmə keyfiyyəti, eynək və ya kontakt linzalarla müqayisədə daha aydın olur.
Sürətli və ağrısız cərrahiyə:
Əməliyyat 10 dəqiqə ərzində, yerli keyləşdirici damlalar istifadə olunaraq icra olunur. Əməliyyat zamanı gözə heç bir inyeksiya vurulmur. Sinir sistemi labil (panik atak və s.) olan insanlar üçün 10 dəqiqəlik sedasiya verilə bilər. Adətən, sedasiya nadirən verilir. Çünki əməliyyat zamanı gözlərdə heç bir ağrı hissi olmur .
Cərrahiyyə əməliyyatı tələb edir:
Fakik linzaların yerləşdirilməsi üçün kiçik bir cərrahiyyə əməliyyatı tələb olunur (Əməliyyat 10 dəqiqəlik müddət ərzində icra olunur). Bəzi insanlar üçün bu, narahatlıq yarada bilər. Xüsusilə, cərrahiyyə qorxusu olanlar üçün bu, bir maneə ola bilər.
Yüksək xərclər:
Fakik linzaların qiyməti, kontakt linzalara və ya gözlüklərə nisbətən daha yüksəkdir. Bu, bəzi insanlar üçün əlverişsiz ola bilər, çünki maliyyə tələbləri yüksəkdir.
Gecə görmə problemləri:
Bəzi istifadəçilər gecə işıqlarının parıltı və halo effekti ilə qarşılaşa bilərlər. Bu, əsasən gözün adaptasiyası ilə bağlıdır. Ancaq bu hal, adətən, minimaldır ,qalıcı deyil və zamanla düzəlir.
Fakik linzalar, aşağıdakı hallarda istifadə üçün idealdır:
Yerli gözlük və kontakt linzalarla narazı olanlar: Eynək və ya kontakt linzalar istifadəsi narahatlıq yaradan şəxslər üçün alternativdir.
Refraktiv anomaliyalardan əziyyət çəkənlər: Miopiya, hipermetropiya və astiqmatizmi olan insanlar üçün ideal bir seçimdir. Bütn müsbət və mənfi nömrələri tamamelə aradan qaldırmaq mümkündür.
Gözündə katarakta (mirvari suyu) xəstəliyi olmayanlar: Katarakta əməliyyatı zamanı görmə qabiliyyətini artırmaq üçün göz bülluru tamamilə dəyişdirilməlidir.
Göz strukturu sağlam olanlar: Göz anatomiyası və parametrləri uyğun olan insanlar üçün fakik linzalar daha uyğun hesab edilir.
Fakik linzalar, göz sağlamlığına yönəlik müasir bir yanaşmadır və refraktiv anomaliyaların düzəldilməsində effektiv bir seçimdir. Onlar gözün doğal strukturlarını qoruyaraq müsbət görmə nəticələri əldə etməyə kömək edir. Hər bir xəstənin fərdi ehtiyacları nəzərə alınaraq, fakik linzalar mükəmməl bir seçim ola bilər.
2024-07-17
2024-02-14
2024-02-14
2024-06-12
2024-06-13
2024-06-13
2024-06-13
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-07-31
2024-07-31
2024-07-31
2024-07-31
2024-08-09
2024-08-12
2024-08-28
2024-09-05
2024-09-06
2024-09-14
2024-09-19
2024-09-19
2024-10-01
2024-10-02
2024-10-07
2024-10-21
2024-10-23
2024-11-12
2024-11-18
2024-11-21