AZ EN RU
AZ EN RU

Çəpgözlüyün Botoksla Qeyri-Cərrahi Müalicəsi

botoksla çəplik müalicəsi

Çəpgözlük gözlərin uyğun olmayan şəkildə müxtəlif istiqamətlərə yönəlməsinə səbəb olan göz xəstəliyidir. Bu xəstəliyin müxtəlif müalicə üsulları var. Ən effektiv üsullardan biri botolinum toksinlə (botoksla) qeyri-cərrahi müalicə üsulu hesab edilir.


Məşhur inancın əksinə olaraq, botoksun tibb sahəsində ilk istifadəsi kosmetik məqsədlər üçün deyil, çəpgözlü xəstələrin müalicəsi üçün olub. Botulinum toksininin müalicəsini ilk tətbiq edən həkimlər də oftalmoloqlar olub.


Botoks Çəpgözlüyü Necə Müalicə Edir? 


Botoks Clostridium botulinum bakteriyası tərəfindən istehsal olunan bir neyrotoksindir. Botoks əzələləri aktivləşdirən sinir uclarına təsir edərək əzələni iflic edir. Onun təsiri 6 ay davam edir. Müvəqqəti iflicə səbəb olsa da, bu dövrdə əzələlərin strukturunda və funksiyalarında qalıcı dəyişikliklər baş verir və beləliklə, çəpgözlük azalır.


Botoksla Çəpgözlük Müalicəsi Necə İcra Edilir?


Uşaqlarda anesteziya həkim tərəfindən tətbiq edilən sedoanaljeziya ilə həyata keçirilir. Sedoanaljeziya əməliyyatlarda istifadə edilən ümumi anesteziyadan daha az riskli bir üsuldur. Ümumi anesteziya alma riski olan uşaqlara sedoanaljeziya altında botoks müalicəsi tətbiq edilə bilir. Yetkin insanlarda isə keyidici göz damlalarından istifadə edilir. Botoks tətbiqi təxminən 5 dəqiqə çəkir. Toxumalara və damarlara zərər verməyən EMG cihazı ilə əzələnin yerləşdiyi yerə botoks tətbiq edilir. Botoks inyeksiyalarının ən mühüm üstünlükləri təkrar edilə bilməsi və pasiyentin cərrahi müalicə şansına təsir etməməsidir.


Botoksla Çəpgözlük Müalicəsinin Əsas Üstünlükləri


 Ümumi anesteziyaya ehtiyac olmadan ambulator şəraitdə yetkin pasiyentlərə tətbiq oluna bilər.

 Tətbiqdən sonra normal həyata davam etmək imkanı

 Ümumi anesteziya riski yoxdur

 Botoks inyeksiyası təkrar edilə bilər

 Botoks inyeksiyalarının sayı üçün yuxarı məhdudiyyət yoxdur

 İz buraxmır 

 Botoks dərmanının müvəqqəti təsirli olması

 Pasiyentin cərrahi müalicə şansına təsir etmir.



Hansı Hallarda Botoks Müalicəsi Tətbiq Edilir?


Botoks müalicəsi əzələ iflici nəticəsində yaranan çəpgözlüyün müasir müalicə üsuludur. Gözdənkənar əzələlərin iflic olması nəticəsində qəfil çəpgözlük hallarında cərrahi müalicə üçün 6-8 ay gözləmək lazımdır.  Çünki bu tip çəpgözlüyün öz-özünə düzəlmə ehtimalı var. Buna baxmayaraq, bu xəstələrdə adətən ikili görmə çəpgözlüyü müşayiət edir və bu vəziyyətə dözmək pasiyent üçün çətin olur.  Gözləmə müddətində ikiqat görməni aradan qaldırmaq üçün botoks müalicəsindən istifadə edilir.


Sinir iflici səbəbiylə yaranan çəpgözlüklərdə, xüsusilə 6-cı sinir iflici və 3-cü (okulomotor) sinir iflici hallarında göz uyğunsuzluğunu azaltmaq və ikiqat görməni idarə etmək üçün pasiyentlərimizə botulinum toksin müalicəsi tətbiq edirik.


Anadangəlmə çəpgözlük hallarında risk səbəbiylə anesteziya ala bilməyən uşaqlarda da botok müalicəsi tətbiq edilir. 


Botoks çəpgözlük əməliyyatından sonra tam düzəlməyə nail olunmayan pasiyentlərə də tətbiq oluna bilər.


Botulinum Toksin Müalicəsinin Təsiri Nə qədər Davam edir?


Botulinum toksini, ümumiyyətlə, 6 aya qədər təsirini davam etdirir. İflic səbəbiylə bir göz hizasının pozulması meydana gəlirsə və bu iflicin 6 ay ərzində yaxşılaşacağını təxmin edə biliriksə, botulinum toksin müalicəsi ilə bu 6 ayı daha pasiyent üçün rahat edə bilərik. Bununla da, meydana gələ biləcək qalıcı çəpgözlüyün qarşısını ala bilərik.


Botulinum toksinindən istifadə edən kliniki sınaqlar onun aşağıdakı şərtlərdə daha təsirli olduğunu qeyd etmişdir:


Kiçikdən orta səviyyəyə qədər bucaq sapması ilə təzahür edən ezotropiya və ya ekzotropiya (<40 PD);

Kəskin başlanğıclı ezotropiya;

Əməliyyatdan sonrakı qalıq və ya ardıcıl çəpgözlük (əməliyyatdan 2-8 həftə sonra və ya daha sonra);

İflic keçərkən diplopiyanı yüngülləşdirmək üçün kəskin paralitik; çəpgözlük (əsasən altıncı sinir iflici, bəzən dördüncü sinir iflici);

Aktiv tiroid göz xəstəliyi (Graves xəstəliyi), iltihablı və ya ftizdən əvvəlki gözlər, əməliyyat tövsiyə edilməyən hallarda;

Böyük bucaqlı ezotropiya və ya altıncı sinir iflici və ya geniş bucaqlı ekzotropiya üçün cərrahiyyəyə əlavə;

Anterior seqment işemiyası riski olan xəstələrdə əzələ qoruyan bir seçim olaraq

Paylaş

Bütün məqalələr