Hipermetropiya (uzaqdan görmə) təsvirlərin gözün tor qişasında deyil, onun arxasında fokuslanması ilə yaranan görmə qüsurudur. Bu qüsura sahib olan insanlar uzaqdakı obyektləri aydın görə bilsə də, yaxınlıqdakı əşyaları bulanıq görür. Hipermetropiya çəpgözlüyün səbəblərindən biri sayılır.
Hipermetropiyada gözün arxa və ya ön hissəsi normaldan qısa olur (miopiyada əksinə olur) və buynuz qişanın səthi işığı kifayət qədər sındırmır, ona görə də daxil olan şüalar torlu qişanın arxasında toplanır. Bu səbəbdən təsvirdə bulanıqlıq yaranır. Hipermetropiya xalq arasında "yaxından görmə" kimi tanınsa da, bu göz qüsuruna sahib insanlar həm yaxını, həm də uzağı görə bilmirlər.
Hipermetropiya ilk başda özünü göstərməyə və göz müayinələri zamanı fərqli şikayətə görə aşkarlana bilər. Onun dərəcəsi nə qədər yüksək olsa, simptomlar bir o qədər ağır ola bilir.
● Tam aydın görüntü üçün gözləri qıymaq məcburiyyətində qalmaq
● Gözlərdə yanma, qızartı, ağrı
● Göz yorğunluğu
● Göz tənbəlliyi
● Göz qapağının kənarları ətrafında qızartı
● Diqqəti cəmləməkdə çətinlik çəkmək
● Gecələr bulanıq görmək
● Yaxınlıqdakı obyektləri bulanıq görmək
Hipermetropiya müalicə edilmədikdə və ya gec müalicə olunduqda bəzi ağırlaşmalar yarana bilir. Xüsusilə uşaqlarda çəpgözlüyün inkişafı, böyüklərdə isə göz yorğunluğu müşahidə oluna bilər.
Bu insanlar kitabdan və ya yaxın məsafədən oxuyarkən hərflərin və işarələrin bir-birinə qarışdığını görürlər.
Hipermetropiya dərəcələrinə görə üç növə bölünür;
Yüngül (sadə) hipermetropiya: 2 dərəcədən az
Orta dərəcədə hipermetropiya: 2 ilə 5 dərəcə arası
Yüksək hipermetropiya: 5 dərəcədən yuxarı
Hipermetropiya qarşısını ala biləcəyiniz bir şey deyil, ancaq gözlərinizi qorumaq üçün edə biləcəyiniz önləmlər var. Problemləri erkən aşkar etmək üçün mütəmadi olaraq göz müayinəsindən keçməlisiniz.
Düzgün qidalanmaq: A, C, E vitamini kimi qida maddələri görmə qabiliyyətini qorumağa kömək edir. Bu faydaları əldə etmək üçün qidalarınıza çoxlu meyvələr (qreypfrut və çiyələk kimi) və tərəvəzlər daxil ola bilər.
Müntəzəm olaraq göz müayinəsi: Simptomlar görünməzdən əvvəl həkim göz problemlərini aşkar edə bilər.
Hətta buludlu günlərdə də günəş eynəyi taxmaq: Günəşin ultrabənövşəyi (UV) şüalarının 99% və ya daha çoxunu əngəlləyən günəş eynəyi seçin.
Gözləri mütəmadi olaraq dincəltmək: Saatlarla ekrana baxmaq gözlərinizi yora bilər. Hər 20 dəqiqədən bir 20 saniyə fasilə verib 20 metr uzağa baxmaq göz yorğunluğunun qarşısını alacaq.
Gözünüzdə ağrı olub-olmamasından asılı olmayaraq, birdən-birə görmə qabiliyyətinin itirilməsi, dumanlı və bulanıq görmə, ikili görmə və ya qara nöqtələr kimi əlamətlərlə qarşılaşırsınızsa, mütləq həkiminizə müraciət edin və göz müayinəsindən keçin. Göz sağlamlığınıza laqeyd yanaşmayın.
Hipermetropiya diaqnozu göz müayinəsi, görmə testi və oftalmoloqun apardığı müxtəlif ölçmələr nəticəsində qoyulur. Bu ölçmələr zamanı insanda miyopiya və astiqmatizm kimi başqa refraktiv qüsurların olub olmadığı da ölçülə bilər.
Əgər əlamətlər varsa, refraktometrin köməyi ilə hər bir göz üçün dərəcələr müəyyən edilir. Bəzi pasiyentlərdə retinoskopiya ilə ölçmələr də edilə bilər.
Bu ölçmələr zamanı gözə zərərsiz bir işıq tutulur və bu işığın tor qişadan necə və hansı dərəcədə əks olunduğu müəyyən edilir. Bu müayinə ilə yaxından görmə diaqnozunun qoyulub-qoyulmayacağını müəyyən etmək üçün işığın əks olunmasının ölçülməsi aparılır.
Şikayətləri, simptomları olmayan hipermetroplar yalnız izlənilə bilər. Əhəmiyyətli bir şikayətə səbəb olan hipermetropiya müalicə olunur. Ancaq şikayətləri və ya simptomları aradan qaldırmaq üçün bəzən tam, bəzən isə yalnız qismən düzəlişlər edilə bilər.
Əgər oftalmoloq tərəfindən hipermetropiya diaqnozu qoyulubsa, bir neçə müalicə üsulu var. Müalicənin məqsədi işığın torlu qişanın düzgün nöqtəsinə düşməsini təmin etməkdir.
Müalicə zamanı eynək, kontakt linzalar və ya vəziyyətdən asılı olaraq cərrahi üsullar tövsiyə olunur. Ən çox istifadə edilən müalicə üsulu eynəkdir. Həm sərfəli olduğu, həm də baxım tələb etmədiyi üçün eynəklərə daha çox üstünlük verilir. Ancaq hipermetropiyanın dərəcəsi yüksək olarsa, eynək şüşəsi qalınlaşa bilər. Bu, görüntü keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.
Eynəkdən əlavə kontakt linza müalicəsi də həyata keçirilir. Burada nəzərə alınması lazım olan, baxım qaydalarına, yəni gigiyena qaydalarına riayət etməkdir. Bir çox kontakt linza yoxsa eynəyin daha yaxşı olduğunu soruşur. Hər ikisinin öz üstünlükləri var. Eynəklə göz təması ehtiyacı azalır, beləliklə göz infeksiyalarının qarşısını alır. Quru gözləriniz və ya həssas gözləriniz varsa, kontakt linzalarda olduğu kimi heç bir narahatlıq olmayacaq. Eynəklər linzalardan daha ucuzdur. Eynəklər küləkdən və ya tozdan qoruyur. Eynəklər dumanlana və ya yağışdan təsirlənə bilər. Bundan əlavə, insan eynəkdən narahat ola bilər, onlar qulaqlara və buruna təzyiq göstərir.
Yeganə qalıcı həll cərrahiyyədir. 18 yaşdan yuxarı pasiyentlər refraktiv əməliyyat edilə bilər. Bunun üçün Eksimer lazer üsulları olan No Touch Laser (Trans PRK), LASIK və FemtoLASIK üsulları mövcuddur.
Prosedurdan əvvəl oftalmoloq tərəfindən aparılan dərin müayinələr nəticəsində pasiyentin lazer əməliyyatına uyğun olub-olmadığı müəyyən edilə bilər. Lazer əməliyyatı üçün ən önəmli nüans pasiyentin göz dərəcəsinin 1 il ərzində artmaması və 6 dərəcədən az olmasıdır.
Ən son üsul isə Fakik lens və Clear lens cərrahiyyəsidir. Əgər pasiyentin gözü lazer əməliyyatı üçün uyğun olmazsa gözdaxili linza əməliyyatı tətbiq edilir. Bu üsulda fakik linzalar (İCL) və ya ağıllı linzalar (Multifokal,Edof,Trifokal) ilə əməliyyat icra olunur.
2024-07-17
2024-02-14
2024-02-14
2024-06-12
2024-06-13
2024-06-13
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-07-31
2024-07-31
2024-07-31
2024-07-31
2024-08-09
2024-08-12
2024-08-28
2024-09-05
2024-09-06
2024-09-14
2024-09-19
2024-09-19
2024-10-01
2024-10-02
2024-10-07
2024-10-21
2024-10-23
2024-10-29
2024-11-12
2024-11-18
2024-11-21