SMILE lazer eksimer lazer əməliyyatının bir növü olub, miopiya, astiqmatizm və quru gözlərdən əziyyət çəkən pasiyentlər üçün yeni müalicə üsulu kimi diqqət çəkir. SMILE lazer texnologiyası ilə çox yüksək səviyyədə olan miopiya və astiqmatizmdə belə uğurlu nəticələr əldə edilir. Quru göz problemlərindən əziyyət çəkən pasiyentlər artıq bu üsulla təhlükəsiz şəkildə müalicə edilə bilər.
Smile Lazer ingiliscə Small Incision Lenticule Extraction sözlərinin baş hərflərindən ibarətdir. Kiçik bir kəsiklə lentikulun (buynuz qişanın parçası) çıxarılması deməkdir. Smile lazer femtosaniyə lazer texnikasıdır. Femtosaniyə lazeri ilə şəffaf buynuz qişada göz dərəcəsini düzəldəcək bir miqdarda toxuma (lentikul) işarələnir, bu toxuma ətrafında femtosaniyə lazerlə lazer atışları edilir və lentikul adlanan yaranan toxuma buynuz qişada kəsikdən çıxarılır.
SMILE metodunun ən böyük üstünlükləri buynuz qişanın bütövlüyünün qorunması, böyük bir kəsik edilməməsi, optik sinirlərə təsir etməməsi, əməliyyatdan sonra ağrı və sancma hissini minimuma endirməsi, quru gözləri olanlara tətbiq oluna bilməsi kimi sıralana bilər.
Digər üstünlükləri:
Miopiyada -10, astiqmatizmdə -5 göz dərəcəsinə qədər müalicə
İncə buynuz qişa quruluşu üçün uyğunluq
Qapalı cərrahiyyə texnikası ilə kəsiksiz əməliyyat
Bir addımlı əməliyyat
Təhlükəsiz, ağrısız bərpa
Refraksiya məqsədi ilə lazer əməliyyatları gözün ön hissəsində yerləşən buynuz qişada aparılır.
Pasiyentin gözünə ilk növbədə anestezik damcı vurulur ki, bu da ağrı hissini aradan qaldırır və pasiyentin hər hansı ağrı hiss etməsinin qarşısı alınır. Tam uyğunluğu təmin etmək üçün lazer cihazı ilə göz arasında əlaqə qurulur.
SMILE metodunda görmə qüsurları buynuz qişanın daxili hissəsindən 2 mm-lik bir açıqlıqdan lentikul adlanan toxuma çıxarılaraq düzəldilir. Nəticədə, digər lazer üsullarında müəyyən dərəcədə təsirlənən buynuz qişa sinirləri SMILE metodunda zədələnmir. Buna görə də pasiyentlər əməliyyatdan dərhal sonra gözdə yüngül yanma hissi yaşayır və sonrakı həftələrdə göz quruluğu hiss etmirlər. Bu üstünlüyünə görə SMILE metodu əvvəllər müalicə edə bilmədiyimiz göz quruluğu olan xəstələrə lazer müalicəsini həyata keçirməyə imkan verir. SMILE lazerin daha bir üstünlüyü ondan ibarətdir ki, əvvəllər buynuz qişasının qalınlığı nazik olduğu üçün əməliyyat edilə bilməyən pasiyentləri müalicə etmək imkanı yaradır.
2024-07-17
2024-02-14
2024-02-14
2024-06-12
2024-06-13
2024-06-13
2024-06-13
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-07-31
2024-07-31
2024-07-31
2024-07-31
2024-08-09
2024-08-12
2024-08-28
2024-09-05
2024-09-06
2024-09-14
2024-09-19
2024-09-19
2024-10-01
2024-10-02
2024-10-07
2024-10-21
2024-10-23
2024-10-29
2024-11-12
2024-11-18
2024-11-21