Eksimer lazer gözün refraktiv cərrahiyyəsində istifadə olunan lazer texnologiyasıdır. Bu əməliyyat miyopiya (uzağı görmə problemi), hipermetropiya (yaxını görmə problemi) və astiqmatizm (həm yaxını, həm də uzağı görmədə problem) kimi göz xəstəliklərini müalicə edir. Lazer göz əməliyyatından sonra eynək və ya kontakt linza taxmağa ehtiyac qalmır.
Xəstə xüsusi çarpayıda uzanır və işığa baxır. Cihaz xəstənin göz bəbəyini aşkar edir və göz izləmə sistemi işə salınır.
Lazer tətbiqi tamamilə ağrısızdır. Bunun üçün gözə damcılarla anesteziya verilir. Çox həyəcanlı və əsəbi xəstələrdə prosedurun sakit və rahat keçməsini təmin etmək üçün sakitləşdirici dərmanlar istifadə olunur. Lazer müalicəsi başa çatdıqdan sonra gözləri bağlamağa ehtiyac qalmır, xəstə özü qalxıb yeriyə bilər, ancaq maşın sürməməlidir.
Hamilə qadınlar;
Göz nömrələri son 1 il ərzində dəyişənlər;
Quru göz sindromu olanlar;
Keratokonus xəstəliyi olanlar;
Göz infeksiyası olanlar;
Şəkər xəstələri;
Katarakta xəstəliyi olanlar
Buynuz qişa xəstəlikləri və refraktiv cərrahiyyədə lazer göz əməliyyatını həyata keçirəcək həkimin biliyi, hazırlığı və təcrübəsi risklərin qiymətləndirilməsi və problemlərə vaxtında müdaxilə edilməsi üçün çox vacibdir.
Hər növ cərrahi müdaxilədə olduğu kimi, lazer refraktiv cərrahiyyənin də bəzi riskləri və fəsadları var.
Göz quruluşu uyğun olan xəstəyə düzgün əməliyyat üsulu tətbiq edildikdə gözə heç bir zərəri olmur. Müxtəlif səbəblərdən uyğun olmayan gözə düzgün olmayan üsullar tətbiq edildikdə bəzi fəsadlar yarana bilər.
Əgər siz göz əməliyyatından sonra uşaq dünyaya gətirmək istəyirsinizsə, nəzərə almalı olduğunuz bəzi məqamlar var. Bir çox həkim hamilə qalmaq üçün LASIK əməliyyatından sonra ən azı altı ay gözləməyi tövsiyə edir.
Lazer Göz Cərrahiyyəsi fərdi müalicə üsuludur. Qiymətlər icra ediləcək prosedurun növünə və iki göz və ya bir göz olmasına görə dəyişə bilər. Odur ki, lazer göz əməliyyatının aktual qiymətləri haqqında müayinə zamanı məlumat ala bilərsiniz.
Günümüzdə ən çox istifadə olunan 4 fərqli üsul aşağıdakılardır:
PRK;
LASIK;
FemtoLASIK;
No-Touch;
SMILE
LASIK üsulu buynuz qişası daha qalın olan pasiyentlər üçündür. Daha yüksək göz zəifliyi olan pasiyentlər üçün LASIK əməliyyatını həyata keçirmək üstünlük meyarıdır, lakin göz nə qədər zəif olarsa, LASIK etmək üçün buynuz qişanın qalınlığı bir o qədər çox olmalıdır. Bundan əlavə hipermetropiya və yüksək astiqmatizmi olan insanların buynuz qişasının quruluşu uyğun olduğu halda LASIK metodunu seçmək daha məqsədəuyğun ola bilər.
FemtoLASIK əməliyyatında eksimer lazer və femtosaniyə lazeri birlikdə istifadə olunur. Lasik icra edərkən, ilk addım, flap kəsmə mikrokeratom (bıçaq) ilə deyil, lazerlə aparılır. Bu səbəbdən ona Bıçaqsız Lasik də deyilir.
- Bu cihaz sayəsində əvvəllər istifadə edilən mikrokeratom sistemlərində görünə bilən fəsadlar demək olar ki, aradan qaldırılıb.
- Femtosaniyə lazerlə pasiyentin refraktiv qüsuruna özəl fleblər yaradıla bilər.
- Xüsusilə hipermetropiya və astiqmatizmin müalicəsində nəticələr daha uğurlu olur.
- Buynuz qişanın biomexanikası femtosaniyə lazer fleblərində daha yaxşı saxlanılır.
Yaxın və ya uzağı görmə problemi olan şəxslərlə yanaşı katarakta əməliyyatı keçirən və ya göz qişasının qopma riski olan şəxslərə No-Touch lazer tətbiq edilir. No-Touch lazer üsulu son illərdə ortaya çıxan və göz nömrələrinin xüsusi proqramla, gözə dəymədən müalicə etməyə imkan verən bir üsuldur.
Zərbə və təzyiqə məruz qalma riski olan idmançılar və peşə sahibləri üçün uyğun müalicə üsuludur.
SMILE lazer müalicəsi, ümumiyyətlə, nazik buynuz qişası olan və çox yüksək olmayan miyopiya və astiqmatizmi olan gözlərə tətbiq etdiyimiz fərdiləşdirilmiş səthi lazer müalicələrindən biridir. Bu lazer müalicəsi həkim tərəfindən ətraflı müayinə nəticəsində göz quruluşu əməliyyata uyğun görülən insanlara tətbiq oluna bilər.
2024-07-17
2024-02-14
2024-06-12
2024-06-13
2024-06-13
2024-06-13
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-07-31
2024-07-31
2024-07-31
2024-07-31
2024-08-09
2024-08-12
2024-08-28
2024-09-05
2024-09-06
2024-09-14
2024-09-19
2024-09-19
2024-10-01
2024-10-02
2024-10-07
2024-10-21
2024-10-23
2024-10-29
2024-11-12
2024-11-18
2024-11-21