Uzaq cisimdən gözə gələn şüalar tor qişaya fokuslana bilmədikdə müxtəlif refraktiv qüsurlar yaranır. Bunlar miyopiya, hipermetropiya, astiqmatizm və presbiopiya olaraq təsnif edilə bilər. Gözün ön-arxa uzunluğunun dəyişməsi və buynuz qişanın və ya büllurun qırıcılığındakı dəyişimlərə bağlı olaraq refraksiya qüsurları baş verə bilər. Buynuz qişa deformasiyaları: Buynuz qişa gözün önündəki şəffaf xarici təbəqədir və işığın gözə daxil olmasını təmin edir. Onun düzgün formalaşmadığı hallarda işığın düzgün fokuslanması mümkün deyil. Göz almasının ölçüsü: Göz almasının normal ölçüdə olmaması işığın düzgün fokuslanmasına mane ola bilər. Məsələn, uzun göz alması miyopiya, qısa göz alması isə hipermetropiyaya səbəb ola bilər. Genetik faktorlar: Refraktiv qüsurlar çox vaxt irsi keçir. Ətraf mühit amilləri: Uzun müddət yaxın məsafədə işləmək, kompüterdən istifadə etmək və ya kitab oxumaq kimi fəaliyyətlər miyopiya riskini artıra bilər. Yaşlanma: Presbiopiya adlanan yaşa bağlı vəziyyət göz linzasının elastikliyini itirməsi ilə yaxından əlaqəlidir və yaxından aydın görmə probleminə səbəb ola bilər. Miopiyada görüntü gözün torlu qişasının önündə fokuslanır, buna görə uzaqdakı obyektlər bulanıq görünür. Hipermetropiyada isə görüntü torlu qişanın arxasında fokuslanır, buna görə pasiyentərin əsas şikayəti yaxını aydın görə bilməməkdir, lakin yüksək hipermetropiyada uzağı da bulanıq görürlər. Astiqmatizmdə gözə gələn şüaların tor qişada tək bir fokus nöqtəsi yarada bilməməsi səbəbiylə bulanıq görmə meydana gəlir. Bu insanlarda xüsusilə diqqət tələb edən işlərlə (kitab oxumaq, kompüter ekranına baxmaq, televizora baxmaq və s.) məşğul olduqda gözlərində ağırlıq hissi və baş ağrıları yarana bilər. Presbiopiya 40 yaşından başlayaraq gözdə meydana gələn yaxındangörmə probleminə deyilir. Yaş dolduqca gözün içindəki büllurun elastikliyi azalır, nəticədə fokuslanmaqda çətinlik çəkir və insan yaxını görə bilməməyə başlayır. Görmə Testi: Müxtəlif hərflər, rəqəmlər və ya formalar olan bir cədvəllə görmə itiliyiniz yoxlanır. Bu test gözlərinizdə miyopiya, hipermetropiya, astiqmatizm və ya başqa bir qüsurun olub-olmadığını müəyyən etməyə kömək edir. Retinoskopiya: Bu testdə bir işıq mənbəyi gözlərinizə yönəldilir və gözünüzün tor qişasındakı yansımaları araşdırır. Bu, göz həkiminizə gözlərinizin hansı istiqamətdə refraktiv qüsuru olduğunu müəyyən etməyə kömək edə bilər. Qırılma xətasının ölçülməsi: Bu testdə foropter cihazı ilə həkiminiz gözlərinizə bir sıra linzalar yerləşdirir və sizdən hansı linzanın görməni daha aydın etdiyini söyləməyinizi xahiş edir. Bu, hansı növ refraktiv qüsurunuz olduğunu müəyyən etməyə kömək edə bilər. Astiqmatizm Testi: Astiqmatizmi aşkar etmək üçün adətən keratometr və ya keratoqrafiya cihazı istifadə olunur. Bu cihazlar göz səthinin əyriliyini ölçür və astiqmatizmin olub olmadığını müəyyən edir. Göz dibi müayinəsi: Oftalmoloqunuz göz bəbəyinizi genişləndirərək və oftalmoskopdan istifadə edərək gözünüzün içinə baxa bilər. Bu, gözünüzün sağlamlığını qiymətləndirməyə və hər hansı digər potensial problemləri müəyyən etməyə kömək edə bilər. Eynək: Eynək miyopiya, hipermetropiya, astiqmatizm və yaşa bağlı görmə itkisi kimi refraktiv qüsurları düzətmək üçün geniş istifadə edilən müalicə üsuludur. Eynək pasiyentin göz qüsurunu düzəltmək və aydın görməni təmin etmək üçün bir vasitə kimi istifadə olunur. Kontakt linzalar: Eynəyə alternativ seçimdir. Bunlar gözün təbii formasını təqlid edən və optik qüsurları düzəldən kiçik, şəffaf linzalardır. Kontakt linzalar birbaşa gözün buynuz qişasına yerləşdirilir və göz qüsurunu düzəldir, aydın görmə təmin edir. Kontakt linzaların müxtəlif növləri var, məsələn, sərt linzalar, yumşaq linzalar, qaz keçirən linzalar və s. Refraktiv cərrahiyyə: Refraktiv cərrahiyyə gözün buynuz qişasının formasını dəyişdirərək müalicə etməyi hədəfləyir. Lasik (Laser-assisted in situ keratomileusis), PRK (Photorefractive keratektomy), Femtolasik, No-touch, Smile lazer kimi müxtəlif növləri mövcuddur. Bu əməliyyatlar qüsurun növü və dərəcəsinə və pasiyentin göz quruluşuna görə oftalmoloq və cərrah tərəfindən qiymətləndirilərək tətbiq olunacaq ən uyğun prosedur təyin edilərək həyata keçirilir. Müalicə üsulu pasiyentin göz qüsurunun növü, şiddəti, yaşı, həyat tərzi və şəxsi seçimlərindən asılı olaraq müəyyən edilir.
Gözdə refraktiv qüsurun olmaması "emetropiya" adlanır və bu zaman işıq şüaları tor qişaya fokuslanır. Belə bir vəziyyətdə insan eynək və ya kontakt linza kimi köməkçi vasitələrə ehtiyac duymadan görə bilir. Qırılma qüsurunun olduğu vəziyyətə "ametropiya" deyilir. Bu vəziyyətdə olan şəxs eynək və ya kontakt linzalarla görmə qabiliyyətini normallaşdıra bilər. Refraksiya Qüsurlarının Səbəbləri:
Refraktiv Qüsurların Hansı Əlamətləri Var?
Refraktiv Qüsurlar Necə Müəyyən Edilir?
Refraktiv Qüsurların Müalicə Üsulları
2024-07-17
2024-02-14
2024-02-14
2024-06-13
2024-06-13
2024-06-13
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-07-31
2024-07-31
2024-07-31
2024-07-31
2024-08-09
2024-08-12
2024-08-28
2024-09-05
2024-09-06
2024-09-14
2024-09-19
2024-09-19
2024-10-01
2024-10-02
2024-10-07
2024-10-21
2024-10-23
2024-10-29
2024-11-12
2024-11-18
2024-11-21