Fakik gözdaxili linza əməliyyatı miopiya, astiqmatizm və hipermetropiya problemlərini aradan qaldırmaq üçün edilən cərrahi əməliyyatdır. Fakik gözdaxili linza gözün mövcud təbii linzasına müdaxilə etmədən gözə yerləşdirilir. Göz dərəcələri eksimer lazerlə düzəldilə bilməyəcək qədər irəli olan və lazer müalicəsi üçün buynuz qişa qalınlığı uyğun olmayan insanlarda bu əməliyyat icra edilir.
Fakik gözdaxili linza cərrahiyyəsində gözə daimi olaraq yerləşdirilən süni linza vasitəsilə pasiyentin miopiya problemi aradan qaldırılır. "Fakik" sözü "linza varkən" deməkdir. Burada “linza varkən” dedikdə nəzərdə tutulan gözümüzün içindəki təbii linzadır. Başqa sözlə, bu əməliyyatla gözümüzdə təbii olaraq mövcud olan linzaya toxunmadan gözün içərisinə ikinci bir linza qoyulur.
Bu əməliyyatla -5.00 ilə -20.00 dərəcə arasında olan göz dərəcələri düzəldilə bilər.
-10 dərəcəyə qədər olan göz qüsurları LASIK, PRK və ya Smile lazer əməliyyatları ilə düzəldilə bilər. Bu səviyyələrdən yuxarı lazer korreksiyası bəzi riskləri də özü ilə gətirir. Burada vurğulamaq lazımdır ki, -10 dərəcə hər kəs üçün keçərli deyil.
Əməliyyat üçün uyğun pasiyentlərin yaşı 21-dən yuxarı, 45-dən aşağı olmalıdır.
Miopiyası -4.0 ilə -18.0 arasında, hipermetropiyası +2.0 və +8.0 dərəcə və 4.0 dərəcə astiqmata sahib pasiyentlərdə əməliyyat icra oluna bilər.
Pasiyentlərdə miopiya, astiqmatizm və hipermetropiyadan başqa heç bir göz qüsuru olmamalıdır. Pasiyentdə qlaukoma, katarakta və ya torlu qişa xəstəlikləri varsa bu cərrahiyyə əməliyyatı aparıla bilməz.
Eynək dərəcəsi son bir ildə 0,50-dən çox dəyişən;
Hamilə və ya ana südü verən;
Göz içi infeksiyası və iltihabı olan pasiyentlər üçün bu əməliyyat uyğun deyil.
Fakik gözdaxili linza cərrahiyyəsinin üstünlükləri geniş müalicə diapazonu, adekvat görmə təmin olunmayan hallarda çıxarıla bilməsi və alternativ müalicə üsulu olmasıdır. Eksimer lazerlə düzəldilə bilməyən miopiya, astiqmatizm və hipermetropiyanın müalicəsində istifadə edilə bilər.
Fakik gözdaxili linza əməliyyatı bir həftə ara ilə hər iki gözdə həyata keçirilir. Tək bir əməliyyatla hər iki gözə müdaxilə etmək mümkün deyil.
Cərrahiyyə əməliyyatında istifadə ediləcək göz içi fakik linzaları fərdi şəkildə xüsusi olaraq hazırlanır.
Əməliyyat lokal anesteziya ilə həyata keçirilir. Əməliyyat zamanı göz uyuşdurulur və millimetrik kəsiklərdən linza qoyulur. Heç bir tikiş istifadə edilmir.
Fakik intraokulyar linza mövcud iris toxumasının üzərinə və ya arxasına yerləşdirilir.
Əməliyyat 10 dəqiqə çəkir və əməliyyatdan sonra pasiyentin görmə qabiliyyəti yaxşılaşır.
Daha sonra pasiyentə antibiotik damcıları təyin edilir.
Fakik göziçi linza əməliyyatından sonra pasiyent həmin gün evə buraxılır. Pasiyentin buynuz qişasında ödem yoxdursa, əməliyyatdan 1 gün sonra normal görmə qabiliyyətinə malik ola bilər. Həkimin təyin etdiyi damcılar 1 həftə müddətində müntəzəm olaraq istifadə edilməlidir.
Əməliyyatdan sonra 1-ci gün, 1-ci həftə, 1-ci ay və 3-cü ayda rutin müayinələr planlaşdırılmalıdır. Həkim vəziyyətə uyğun olaraq bu tezliyi dəyişə bilər.
2024-07-17
2024-02-14
2024-02-14
2024-06-12
2024-06-13
2024-06-13
2024-06-13
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-06-14
2024-07-31
2024-07-31
2024-07-31
2024-07-31
2024-08-09
2024-08-12
2024-08-28
2024-09-05
2024-09-06
2024-09-14
2024-09-19
2024-09-19
2024-10-01
2024-10-02
2024-10-07
2024-10-21
2024-10-23
2024-10-29
2024-11-12
2024-11-18
2024-11-21