Ümumi göz müayinəsinə həkim tərəfindən gözün bütün qişalarının ətraflı müayinəsi daxildir.
Öz işimdə mən yalnız ən müasir avadanlıq, uzunmüddətli perspektivdə sınaqlardan keçmiş və effektivliyini təsdiq emiş müalicə metodlarından istifadə edirəm.
Müasir Lazer və Mikrocərrahiyyə üsulları sayəsində sizi göz sağlamlığınıza daha sürətli və qısa zamanda qovuşdura bilərik.
📍15 illik təcrübəyə malik oftalmoloq-cərrah Dr.Günel Xalıqverdiyevanı gəlin yaxından tanıyaq.
📌 Təhsili və iştirak etdiyi təlimlər:
✔️2003 - 2009 - Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi;
✔️2010 - 2012 - Xəzər Qayğıkeşlik Amerika-Azərbaycan Layihəsi (CCP) üzrə göz klinikası;
✔️2018 - “Optik linzalarin tətbiqi kursu”, Türk Oftalmoloji dərnəyi, Ankara;
✔️2018 - “Medikal retina kursu”, Gazi Universiteti, Ankara;
✔️2019 - Ekzimer lazer cərrahiyyəsi (FEMTOLASİK, LASİK, PRK, NO-TOUCH), Birinci Göz xəstəxanası, İstanbul;
✔️2019 - “Ümumi oftalmologiya üzrə ixtisas artırma”, Wake Forest Universiteti, ABŞ;
✔️2019 - “Ekzimer Lazer Refraktiv Cərrahiyyəsi üzrə ixtisas artırma”, Amerika Oftalmoloqlar Akademiyası, San Fransisko;
✔️2019 - “Fako üsulu ilə katarakta cərrahiyyəsi”, Amerika Oftalmoloqlar Akademiyası, San Fransisko;
✔️2022 - “Çəpgözlüyün BOTOX üsulu ilə aradan qaldırılması”, Bezmialem Vakıf Universiteti, İstanbul;
✔️2022 - “Advanced katarakta treyninq proqramı” ESCRS, Milan;
✔️2023 - Avropa Oftalmoloqlar Birliyi, SOE toplantısı, Praqa.
✔️2024 -"Botulinum toksin A inyeksiyası ilə tsiklik ezotropiyanın aradan qaldırılması" TOD-58 (Türk Oftalmologiya Dərnəyi) Antalya, Türkiyə;
✔️2024 -"Botulinum toksin A inyeksiyası ilə tsiklik ezotropiyanın aradan qaldırılması" IOC, Özbəkistan;
✔️2024 - ESA_ISA (Avropa Strabismoloji Assosiasiyası-Beynəlxalq Strabismoloji Assosiasiya), Tolouse, Fransa;
Ətraflı oxu
Kataraktanın fakoemulsifikasiya və IOL implantasiyası ilə cərrahiyyəsi
Çəpgözlüyün əməliyyatsız aradan qaldırılması (Botox üsulu)
Çəpgözlük əməliyyatları
Eksimer lazer (LASİK, Femto LASİK, PRK, NO-TOUCH, SMİLE)
Keratokonus – (CXL, Corneal ring implantasiyası)
Refraktiv cərrahiyyə (İCL, Edof, Trifokal linzaların implantasiyası)
Blefaroplastika: Gözlərinizi Yenidən Gəncləşdirin
Medikal retina (intravitreal, antivegf inyeksiyası, lazer fotokoaqulyasiya)
Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.
Görmənin lazer korreksiyasını əgər tibbi əks göstəriş yoxdursa adətən, 18 yaşdan aparırlar. Bunu daha əvvəl etmək məsləhət görülmür, çünki orqanizm hələ inkişaf edir və görmə yenidən zəifləyə bilər.
Görmə zəifliyi, göz ağrısı, qızartı və ya işığa həssaslıq olduqda, həmçinin göz sağlamlığını qorumaq üçün mütəmadi müayinə məqsədilə müraciət etməlisiniz.
Oftalmoloqa müraciət etmək üçün saytımızda görüş təyin edə, əlaqə nömrəmizə zəng edə və ya birbaşa klinikamıza gələ bilərsiniz.
Bəli, linza mütləq lazımdır, çünki o, əməliyyat zamanı çıxarılan bulanıq büllurun funksiyasını yerinə yetirəcək.
Oftalmoloqlar müxtəlif göz xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğuldurlar. Bunlara qlaukoma (göz təzyiqi), katarakta (göz büllurunun bulanması), diabetik retinopatiya, makula degenerasiyası (yaşa bağlı görmə itkisi), göz quruluğu və infeksiyalar daxildir. Həmçinin, göz travmaları və uşaqlarda görmə problemləri ilə bağlı da müalicə xidmətləri göstərirlər.
Gözlərinizi günəşin zərərli UV şüalarından qorumaq üçün 100% UV qoruyuculu gün eynəklər istifadə edin. Ayrıca, geniş kənarlı şlyapa da gözlərinizi günəşdən qorumağa kömək edə bilər.
Xeyr, eynək taxmaq gözlərinizi zəiflətdikcə deyil. Eynək, gözlərin refraksiya səhvlərini düzəldir və daha yaxşı görmə təmin edir.
Kontakt linzaların təmizliyinə və düzgün istifadəsinə diqqət etmək vacibdir. Linzaları hər gün təmizləyin, təmiz saxlama məhlulu istifadə edin və linzaları vaxtında dəyişdirin. Gecələr yatmadan əvvəl linzaları çıxarın.
Gözlərdə qaşınma allergiya, quru göz sindromu və ya infeksiya kimi səbəblərdən qaynaqlana bilər. Gözlərinizi qaşımaqdan çəkinin və vəziyyət davam edərsə, göz həkiminə müraciət edin.
Göz içi təzyiqi, gözün içindəki maye təzyiqidir. Yüksək göz təzyiqi (glaukoma), görmə sinirinə zərər verə bilər və müalicə edilməzsə görmə itkisinə səbəb ola bilər. Müntəzəm göz müayinələri ilə göz təzyiqinizi yoxlatmaq vacibdir.